Haqqımızda

Bizim fəlsəfəmiz və klinik yanaşmamız

Lumen Psixologiya Mərkəzi fərdlərin, cütlüklərin və ailələrin psixoloji sağlamlığını bərpa etmək və həyat keyfiyyətini artırmaq üçün yaradılmışdır.

visibility

Baxışımız

Azərbaycan cəmiyyətində psixoloji sağlamlığa olan münasibəti dəyişdirmək və hər kəsin yüksək keyfiyyətli psixoloji yardıma çıxışını təmin etmək. Biz inanırıq ki, ruhi sağlamlıq fiziki sağlamlıq qədər vacibdir.

flag

Missiyamız

Sübuta əsaslanan terapevtik metodlardan istifadə edərək, təhlükəsiz və dəstəkləyici bir mühitdə hər bir insanın potensialını üzə çıxarmaq. Biz peşəkarlıq, məxfilik və empatiya ilə fəaliyyət göstəririk.

Tariximiz

Necə başladıq

Lumen Psixologiya Mərkəzinin məqsədi insanların psixoloji dəstəyə müraciət edə bildiyi, dinlənildiyi və anlaşıldığı bir məkan yaratmaqdır.

Hər müraciətə fərdi yanaşır, ehtiyaclarınıza uyğun dəstək istiqamətini sizinlə birlikdə müəyyənləşdiririk.

Komandamız

Peşəkar Komandamız

Komandamız beynəlxalq sertifikatlara sahib, təcrübəli mütəxəssislərdən ibarətdir.

Mina Əliyeva

Klinik Psixoloq

Mina Əliyeva psixologiya sahəsində fundamental akademik baza və uzunillik praktik təcrübəni birləşdirən mütəxəssisdir. 10 ildən artıq peşəkar fəaliyyəti müddətində uşaqlar, yeniyetmələr və böyüklərlə yüksək həssaslıq, fərdi yanaşma və peşəkar etika çərçivəsində çalışaraq, onların psixoloji rifahının yaxşılaşdırılması və daxili potensialının inkişaf etdirilməsi istiqamətində mühüm töhfələr vermişdir.

Nailə Nuruzadə

Defektoloq / Loqoped

Nailə Nuruzadə uşaqların nitq, ünsiyyət və inkişaf sahəsində fərdi dəstəyin göstərilməsi istiqamətində çalışan gənc və məsuliyyətli mütəxəssisdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olaraq korreksiyaedici təlim ixtisası üzrə təhsil almışdır. Müxtəlif inkişaf xüsusiyyətlərinə malik uşaqlarla çalışaraq onların nitq, diqqət və sosial ünsiyyət qabiliyyətlərinin inkişafına dəstək olur.

Bizimlə əlaqə saxlayın

İlk görüşünü planlaşdır Peşəkar psixoloqumuzla tanış olun.

Qəbula yazıl